BAKI, 18 mart. TELEQRAF
İran yüksək vəzifəli fiqurlarının məhv edilməsi kampaniyası rəhbərlikdə xaos yaradıb, Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürüldükdən sonra daha böyük qeyri-sabitlik gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail rəsmilərinı istinadla CNN məlumat yayıb.
“İran rəhbərliyi 12 günlük müharibə ilə müqayisədə 6-10 dəfə daha güclü təsirə məruz qalıb. Siyasətin formalaşdırılması, qərarların qəbulu və tapşırıqların verilməsi baxımından hərbi-siyasi səviyyələrdə çətinlik yaşayırlar. Xaos görürük, vəziyyətin yaxınlarda daha da pisləşəcəyini gözləyirik”, - İsrail rəsmisi telekanala bildirib.