BAKI, 9 mart. TELEQRAF

Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları, şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə ehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat vermələri xahiş olunur.