BAKI, 18 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bəzi müttəfiq dövlətləri İranda baş verənlər fonunda ölkəsinə etinasızlıqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Düşünürəm, görəsən, əgər terrorçu İranın dövlətinin qalan hissəsini məhv etsək və “boğaz” adlanan əraziyə (Hörmüz) görə məsuliyyəti o boğazdan istifadə etməyən bizə yox, oradan istifadə edən ölkələrə versək, nə baş verərdi? Bu, (baş verənlərə) reaksiya verməyən bəzi “müttəfiqlərimizi” hərəkətə gətirərdi, özü də tez”, - Tramp qeyd edib.