BAKI, 18 mart. TELEQRAF

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes milli komandanın 2026-cı il Dünya Beysbol Klassikasında (WBC) qazandığı tarixi qələbə şərəfinə ölkədə qeyri-iş günü elan edib.

Teleqraf xəbər verir ki, martın 18-də Mayamidə keçirilən final qarşılaşmasında Venesuela yığması ABŞ komandasına 3:2 hesabı ilə qalib gəlib.

Bununla da venesuelalılar tarixində ilk dəfə beysbol üzrə ən nüfuzlu beynəlxalq turnirin çempionu olublar.

"Mən sabahkı günü Milli Sevinc Günü - qeyri-iş günü elan etmək qərarına gəldim. Həyati vacib xidmət sahələrində çalışanlar istisna olmaqla, gənclərimizin meydanlara, parklara və idman meydançalarına çıxıb bu qələbəni bayram etmələrini istəyirəm", - deyə Rodriqes bildirib.