BAKI, 18 mart. TELEQRAF

“İranla bağlı sürprizlər olacaq”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

“Bu gün bütün döyüş meydanında İran və Hizbullaha qarşı müharibəni şiddətləndirəcək önəmli sürprizlər olacaq”, - o bildirib.

İsrael Kats Baş naziri Benyamin Netanyahu ilə birlikdə orduya İranda istənilən yüksək vəzifəli şəxsi əlavə təsdiq almadan hədəfə almağa icazə verdiklərini açıqlayıb:

“İsrailin siyasəti aydındır: İranda heç kim toxunulmaz deyil, hamı hədəfdədir”.