BAKI, 18 mart. TELEQRAF

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 39 trilyon dolları keçib.

Teleqraf xəbər verir ki, ABŞ-nin suveren borcu hazırda 39,03 trilyon dollar və ya adambaşına 114,100 dollardan çoxdur. Bu, rekord göstəricidir. 2025-ci ilin oktyabrından borc artmağa başlayıb və 38 trilyon dolları keçib.

ABŞ-nin ekspertlərinin fikrincə, milli borc növbəti onillikdə ÜDM-in təxminən 120%-nə qədər artacaq. Bu o deməkdir ki, federal hökumətin borcu bütün ABŞ iqtisadiyyatının illik məhsuldarlığını üstələyəcək. Vaşinqton hər il hərbi xərclərdən daha çox, milli borc üzrə faiz ödənişlərinə təxminən 970 milyard dollar xərcləyir. 2020-ci ildən bəri bu xərclər üç dəfə artıb.