GORANBOY, 9 mart. TELEQRAF

Goranboyun Dəyirmanlar kənd sakini, 2005-ci il təvəllüdlü Fərid Kərimov baş nahiyyəsinin xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Teleqraf xəbər verir ki, xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti kafidir.

İlkin ehtimala görə, 21 yaşlı şəxs mübahisə zəminində həmkəndlisi və qonşusu 2006-cı il təvəllüdlü Əli Allahverdiyev adlı şəxslə dalaşıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.