Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan İlqar Məhərrəmov tutulub.

İlqar Məhərrəmov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 119-cu (adam öldürməyə cəhd) maddələri ilə axtarışda olub.

Hacı Zeynalov