Rusiyada cinayət törədən azərbaycanlı həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Seymur Abuşov tutulub
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olub.
Hacı Zeynalov