BAKI, 1 may. TELEQRAF

NATO ölkələri Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılması məsələsini müzakirə etmir.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” alyansdakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, NATO-nun əsas qərarverici orqanı olan Şimali Atlantika Şurasında bu mövzu gündəmdə deyil və nə Berlin, nə də Vaşinqton belə bir addımla bağlı rəsmi siqnal verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 29-da Almaniyada yerləşən qoşunların sayının azaldılması ehtimalını istisna etməyib. Bəyanat Almaniya Kansleri Fridrix Mertsin açıqlamalarına cavab olaraq səsləndirilib.