BAKI, 30 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlz və kraliça Kamillanın şərəfinə viskiyə tətbiq edilən tariflərin ləğv olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp məlumat paylaşıb.

"Ağ Evi tərk edən və tezliklə gözəl ölkələrinə yola düşəcək Birləşmiş Krallıq Kralı və Kraliçasının şərəfinə mən Şotlandiya və Kentukki arasında viski və burbon sənayesində əməkdaşlıqla əlaqəli viski tariflərini və məhdudiyyətlərini aradan qaldırıram. Bunlar Şotlandiya və Kentukki sənayesində iki çox vacib məhsuldur." İnsanlar bunu uzun müddətdir etmək istəyirdilər, çünki xüsusilə də istifadə olunmuş taxta çəlləklərdə böyük beynəlxalq ticarət var idi. Kral və Kraliça məni heç kimin edə bilmədiyi bir şeyi etməyə məcbur etdilər, hətta soruşmadan belə. Onların hər ikisini ABŞ-da görmək mənim üçün böyük şərəf idi" - Tramp "Truth sosial" hesabındakı paylaşımında qeyd edib.