BAKI, 1 may. TELEQRAF

ABŞ-nin Vaşinqton ştatında məktəbə bıçaqlı hücum nəticəsində ən azı beş nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, hadisə saat 12:00-dan sonra Takoma liseyində baş verib. Beş nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti və ya hadisənin motivi barədə məlumat hələlik açıqlanmayıb.