BAKI, 1 may. TELEQRAF
Cəlilabad rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata əsasən, onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə zamanı xəsarət alan şəxslər 1998-ci il təvəllüdlü Sərraf Qurbanov, 1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, 1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, 1996-cı il təvəllüdlü Aqşin Rzazadə və daha bir nəfərdir.
Faktla bağlı araşdırma aparılır.