BAKI, 1 may. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına İran, İraq və Livana səyahəti qadağan edib.

Teleqraf xəbər verir ki, müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.

Nazirliyin açıqlamasında deyilir: "Regionda baş verən son hadisələr fonunda BƏƏ Xarici İşlər Nazirliyi vətəndaşlarını İran, İraq və Livana bütün səyahətlərinin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur".