BAKI, 23 aprel. TELEQRAF
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbələrində əməliyyatlar keçirib.
Teleqraf xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində keçirdiyi əməliyyat nəticəsində saxlanılanalar var.
Baş Prokurorluğun Mətbuat xidmətindən əməliyyatların keçirilməsini təsdiqləyiblər. Bildirilib ki, əlavə məlumat veriləcək.