BAKI, 1 may. TELEQRAF
ABŞ artıq İran üzərində qələbə qazanıb, amma biz daha böyük qələbə istəyirik.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib . Amerika liderinin sözlərinə görə, ABŞ ordusu İran Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini, onun radar avadanlıqlarını və rəhbərliyini məhv edib.
Tramp Şimali Atlantika Alyansını yenidən İslam Respublikasına qarşı hərbi əməliyyatda Vaşinqtona kömək etmək istəməməkdə günahlandırıb: "Biz NATO-dan qətiyyən heç bir yardım almadıq. Amma digər ölkələr bizə kömək etdilər".