BAKI, 1 may. TELEQRAF
Süni intellekt tibbi və elmi nailiyyətləri sürətləndirəcək, eləcə də ABŞ-nin Çini geridə qoymasına kömək edəcək.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib .
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı güclüdür və genişlənməkdə davam edir.
Tramp avtomatlaşdırma ilə bağlı narahatlıqlara baxmayaraq, yeni texnologiyaların insanlara fayda gətirəcəyini deyib.
O, avtomatlaşdırmanın ayrı-ayrı obyektlərdə işçilərin sayını azalda biləcəyini, lakin ümumi məşğulluğun rekord səviyyədə qaldığını söyləyib.