BAKI, 16 aprel. TELEQRAF
Britaniya polisi cümə axşamı günü Londonun şimal-qərbində farsdilli media orqanının ofisinə qarşı törədilmiş yanğın cəhdi ilə əlaqədar üç nəfəri həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Çərşənbə axşamı Uembli stadionunda adı açıqlanmayan media orqanına molotof kokteyli
atılıb. O, avtomobil dayanacağına düşüb və yanğın öz-özünə sönüb.
Polisin məlumatına görə, dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Polis daha sonra qara rəngli bir avtomobili təqib edib. Bəzi məlumatlara görə, şübhəlilər hadisə yerindən qaçmaq üçün bu avtomobildən istifadə ediblər və daha sonra qəza törədib.
16, 19 və 21 yaşlı şəxslər qəsdən yanğın törətməkdə şübhəli bilinərək həbs edilib.
Polisin məlumatına görə, qəsdən yandırma cəhdi terror aktı hesab edilməyib, lakin istintaqda terrorizmə qarşı mübarizə xidmətinin əməkdaşları iştirak edib.