BAKI, 30 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO üzvü olan Avropa ölkələrinin Ukraynada qarışıqlıq yaratdığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, Şimali Atlantika Alyansının Avropa üzvlərini İrana qarşı Amerika hərbi əməliyyatına dəstək vermədiklərinə görə tənqid edib: "Biz onlara Ukrayna məsələsində kömək etdik. Onlar Ukraynada bir qarışıqlıq yaratdılar, tam bir qarışıqlıq", - deyə Amerika lideri bildirib.
Tramp əlavə edib ki, Ukraynanın ABŞ ilə heç bir əlaqəsi yoxdur: "Bizi bir okean ayırır. Amma bu, onları narahat edir", - deyə ABŞ prezidenti əlavə edib.
ABŞ lideri sələfi Co Baydenin Ukraynaya 350 milyard dollar verdiyini bir daha xatırladıb: "Bu, dəlilikdir. Münaqişənin davam etməsinin səbəblərindən biri də budur".