BAKI, 1 may. TELEQRAF

ABŞ-nin İrana qarşı əməliyyatının faktiki dəyəri təxminən 50 milyard dollardır.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News" daxili hesablamalarla tanış olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, bu rəqəm Pentaqonun qiymətləndirməsindən təxminən iki dəfə çoxdur. Mənbə qeyd edib ki, bu məbləğə yalnız xərclənən sursatın dəyəri deyil, həm də zədələnmiş və ya məhv edilmiş hərbi texnika daxildir.

ABŞ müharibə nazirinin maliyyə məsələləri üzrə müavininin vəzifəsini icra edən Culs Herst isə aprelin 29-da Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda xərcləri 25 milyard dollara yaxınlaşıb.

Qeyd edək ki, "Iran War Cost Tracker" portalı isə İrana qarşı hərbi əməliyyatın ABŞ-yə 61 milyard dollardan çox məbləğə başa gəldiyini açıqlayıb.