BAKI, 1 may. TELEQRAF
Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.
Teleqraf xəbər verir ki, saxlanılan şəxs 33 yaşlı Haaqa sakinidir, sui-qəsd planını fevral ayında hazırlamağa başlayıb.
Onun evində aparılan axtarış zamanı üzərində şahzadələrin adları və nasist simvolları həkk olunmuş iki balta, həmçinin monarxın qızları barədə qeydlərin yer aldığı və “qanlı qırğın” törətmək niyyətini əks etdirən vərəq aşkar edilib.
İş üzrə ilk məhkəmə iclası mayın 4-də keçiriləcək.