BAKI, 1 may. TELEQRAF
Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampın onun xahişi ilə Şotlandiya viskisi istehsalına qoyulan rüsumlardan imtinanı alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Bukinqem Sarayının sözçüsü məlumat yayıb.
Məlumata görə, Kral Amerika Prezidentinin qərarına bir qədəh qaldıracaq.
"Kral Prezident Trampın səmimi jesti barədə məlumatlandırılıb. O, Britaniya viski sənayesinə və orada çalışan insanlara dərin təsir göstərəcək bu qərara görə səmimi təşəkkürünü bildirir", - deyə bildirilib.
Qeyd edək ki, rüsumların ləğvi barədə D.Tramp "Truth Social"da yazıb:
"Ağ Evi yenicə tərk edən və tezliklə gözəl ölkələrinə qayıdacaq Birləşmiş Krallığın Kralı və Kraliçasına hörmət əlaməti olaraq, Şotlandiyanın Kentukki ilə viski və burbon istehsalında - iki həyati əhəmiyyətli sənaye sahəsində əməkdaşlıq imkanına görə viskiyə qoyulan rüsumlar və məhdudiyyətlərdən imtina edirəm".