Qusar rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yasab kəndində qeydə alınıb.

Kənd sakini Hacıbəy Qayınbəyovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Taleh Məcidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə H.Qayınbəyov hadisə yerində ölüb.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov