Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb.

Avtovağzalda Rafael adlı şəxs aralarında yaranan mübahisə zəminində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Zamiq Əsədxan oğlu Hüseynovu şüşə qabla kürək nahiyyəsindən vurub.

Xəsarət alan Zamiq Hüseynov xəstəxanaya müraciət edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov