QAZAX, 20 iyul. TELEQRAF

Foto əlavə olunub.

***

16:24

Qazax rayonunda 2 nəfər göldə boğulub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndindəki Didvan gölündə baş verib.

Canallı kənd sakini Rafael Xəlilov və onun qızı göldə batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Göldə batan şəxslərin meyitləri sudan çıxarılıb.