BAKI, 20 iyul. TELEQRAF

Azərbaycanda dələduzluq etdiyi üçün axtarışda olan 12 nəfər saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının iyulun 18-də və 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.