Yevlaxda baş vermiş ölüm hadisəsinin təfərrüatı məlum olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu gün Hacıselli kəndində baş verən qətl hadisəsinin səbəbləri təxminən ilyarım əvvəl baş vermiş münaqişə ilə bağlıdır.

Belə ki, Hacıselli kənd sakinləri Eşqin İsmayılov və Natiq Abbasov arasında ədavət olub.

Bu gün qətlə yetirilən 1984-cü il təvəllüdlü Eşqin İsmayılov vaxtilə 1963-cü il təvəllüdlü həmkəndlisi Natiq Abbasovu evinə dəvət edib. İçkili vəziyyətdə olan Eşqin İsmayılovla Natiq Abbasov arasında mübahisə yaranıb. Eşqin İsmayılov oğlu ilə bir yerdə Natiq Abbasovu döyərək ona ağır xəsarət yetiriblər.

Bu hadisə ilə əlaqədar Eşqin İsmayılov 8 aylıq məhkumluq həyatı yaşayıb.

Bu gün isə Natiq Abbasov həmkəndlisi ilə mübahisə etdikdən sonra odlu silahdan atəş açaraq Eşqin İsmayılovu evinin önündə qətlə yetirib.

***

22:51

YEVLAX, 23 iyul. TELEQRAF

Yevlaxda atışma baş verib, ölən var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Hacıselli kəndi ərazisində baş verib.

Odlu silahdan açılan atəş nəticəsində 1984-cü il təvəllüdlü Eşqin İsmayılov öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Natiq Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.