Cəbrayılda minaya düşən traktorçunun vəziyyəti açıqlanıb.

Teleqraf-ın Qarabağ bürosunun sorğusuna TƏBİB-dən cavab olaraq bildirilib ki, Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) 23.07.2026-cı il tarixində saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti ağır qiymətləndirilir.

***

Cəbrayıl rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Həsənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü, Cəbrayıl rayonunun Qumlaq kənd sakini Elşən Bəhlul oğlu Şəmilov minalardan tam təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən minaya düşüb.

Partlayış nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.