LƏNKƏRAN, 22 iyul. TELEQRAF

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqrafın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel Astra” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan, Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb. Avtomobil daha sonra ağaca çırpılaraq dayanıb.

Ətrafdakıların köməyi ilə T. Şərifov kanaldan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.