Bakıda altıgirişli beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Teleqraf.com-un məlumatına görə, yanğın binanın damında baş verib. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri təhlükəsizlik məqsədilə bina sakinlərini təxliyə ediblər. İlkin məlumata görə, yanğın zaman 3 nəfər tüstüdən zəhərlənib. Onlara hadisə yerində ambulator qaydada tibbi yardım göstərilib.

Baş vermiş yanğın təxminən 1400 kv. metr sahəni əhatə edib. Bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, binanın damında baş vermiş yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Yanğının qarşısı alınarkən 1 yanğınsöndürən xəsarət alıb. Onun hündürlükdən yıxıldığı bildirilir.