Bakının Binəqədi rayonunda avtomobillərdən oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini Xalid Səmədov tutulub. O, yanvarın 24-25-də Tural Mahmudovun və İlahə Yüzbaşıyevanın avtomobillərindən oğurluq etməsi üzə çıxıb.

Hacı Zeynalov