
Qazax rayonunun Aslanbəyli kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayon sakini Savad Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini Nəsrəddin Vəliyevi və onun arvadı Məmləkət Vəliyevanı vurub.
Nəticədə M.Vəliyeva hadisə yerində ölüb, N.Vəliyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov