Bakının Binəqədi rayonunda dələduzluq faktının üstü açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu ilin yanvarın 18-də dələduzluq etdiyinə ğörə tutulmuş Vüqar Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.

Əməliyyat tədbirləri ilə onun daha 8 nəfərin etimadlarını qazanaraq ümumilikdə onlardan 26100 manat alması da müəyyən edilib.

Hacı Zeynalov