Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlama və seksual xarakterli cinayət törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Eldar Qafar oğlu Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Eldar Cəfərov özünün işlətdiyi kiçik ticarət köşkündə azyaşlı oğlan uşağına təcavüz edib. O, Xırdalan şəhər sakini 11 yaşlı S.M.-i zorlayıb.

Hadisə ilə bağlı azyaşlının anası Abşeron Rayon Polis Şöbəsinə məlumat verib. Məlumat alan polis Eldar Cəfərovu həbs edib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eldar Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov