
Şirvan şəhərində yanğın baş verib.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus yeməkxananın ərazisində ümumi sahəsi 12 kv.m olan hamamın taxtadan ibarət tavanı 4 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.