Bakının Nəsimi rayonunda ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsinin üstünün açılması üçün əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları keçirib.

Məlumata görə, ötən il noyabrın 11-də Allahyar Əsgərovun 450 manatını oğurlamış Abşeron rayon sakini Elnur Musayev tutulub. Daha bir əməliyyatı 20-ci polis bölməsinin əməkdaşları keçirib.

Fevralın 23-də Abşeron rayon sakini Ələddin Məmmədovun idarə etdiyi “Daewoo” markalı xətt avtobusundan 12 manat oğurlamış Sumqayıt şəhər sakini Rüstəm Quliyev tutulub.

Hacı Zeynalov