Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 15-də saat 08:50 radələrində, A. Sultanova küçəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Nazim Rzayev idarə etdiyi BMW markalı avtomobillə 1965-ci il təvəllüdlü İqor Popovu vurub.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən İ.Popov fevralın 23-də orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Hacı Zeynalov