
Göygöl rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Göygöl rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhər sakinləri - Mənsubə Alışanova və qızı Aytən Göygöl şəhərinə qohumu evinə qonaq gediblər. Ana və qızı qonaq gəldikləri evdən dəm qazından zəhərləniblər.
Hər iki şəxs zəhərlənmə diaqnozu ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına gətirilibər. Onlara ilkin tibbi yardım göstərilib.
Hacı Zeynalov