
Cəlilabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Ələt-Astara magistiral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Rayonun Muğan kənd sakini, 80 yaşlı Qulamhüseyn Əlihüseynovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Beyləqan rayon sakinin Cavidan Muxtarova məxsus “Opel” markalı maşınla toqquşub.
Nəticədə Qulamhüseyn Əlihüseynov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hacı Zeynalov