
Bakının Suraxanı rayonunda üç ay əvvəl baş verən bıçaqlanma cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, ötən il noyabrın 25-də Suraxanı rayonunda Xəyal Əliyevə ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Fadil Hacıyev tutulub.
Şübhəli şəxs ətrafında aparılan istintaq, əməliyyat-axtarış tədbirləri müəyyən olunub ki, o hadisəni 1994-cü il təvəllüdlü Vüsal Salmanovla birlikdə törədib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə Vüsal Salmanov da tutulub.
Hacı Zeynalov