Bakının Nəsimi rayonunda ticarət mərkəzində oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə fevralın 22-də saat 11 radələrində Azadlıq prospektində yerləşən ticarət mərkəzində qeydə alınıb. Ticarət mərkəzində olan kafedə paytaxt sakini Xəyalə Əliyevaya məxsus əl çantasından içərisində 60 manat, şəxsi sənədləri və bank kartı olan pul kisəsi oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Nadir Tahir oğlu Nuriyev tutulub. Şübhəli şəxsin üzərindən 1.092 qram tiryək, zərərçəkmiş Xəyalə Əliyevaya məxsus 60 manat, şəxsi sənədləri və bank kartı aşkar olunaraq götürülüb.

Hacı Zeynalov