Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 700 kv.m olan mebel firmasının içərisində tikilmiş ümumi sahəsi 36 kv.m olan məişət otağının yanar konstruksiyaları yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi və içərisində olan mebel məmulatları yanğından mühafizə olunub.

Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.