Səhər saatlarında Bakının Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət 6 evin yanar konstruksiyaları yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.