Naftalanda elektrik cərəyanı vurması nəticəsində ölüm qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 20-də Fazil Cümşüdov usta işlədiyi Naftalan Elektrik Şəbəkəsində təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.