Bakının Yasamal rayonunda narkotiklə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Oktay Qurbanəli oğlu Eyvazov həbs edilib. Ondan 10 kiloqram 500 qram marixuana aşkar olunaraq götürülüb.

Narkotiklərlə bağlı daha bir əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Temoyevdən 102,295 qram heroin götürülüb.

Hacı Zeynalov