
Bakıda kirayədə yaşayan Saatlı sakininin mənzilindən partlayıcı maddə, silah və sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində kirayədə yaşayan Saatlı rayon sakini Bakir Əliyevin mənzilindən 400 qram trotil şaşkası, 1 ədəd patron darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.