Bakının Nizami rayonunda avtomobildən oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Nahid İbrahimov tutulub. O, yanvarın 31-də Cabbar Məmmədova məxsus “Hyundai” markalı avtomobildən 1000 manat oğurlayıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Anar İbrahimova, Müzəffər Səfərova və Tural Əliyeva məxsus avtomobillərin akkumulyatorlarını oğurlamış Beyləqan rayon sakini Vasif Ağayev tutulub.

Hacı Zeynalov