Göyçay rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Bakı şəhər sakini Zaur İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Abdulhəmid Osmanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abdulhəmid Qasımov Qızılağac kənd orta məktəbinin müəllimi olub.

Hacı Zeynalov