Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 14-də Bakı şəhər sakini Ətir Şükürovaya hədə-qorxu gələrək ondan 150 manat pulunu alıblar.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Adil Abbas oğlu Abdullayev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hacı Zeynalov