
Lənkəran şəhərində 37 nəfər dələduzluqla üzləşib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ötən il sentyabrın 19-da dələduzluq etdiyinə görə tutulmuş Vüqar Baxşıyevin ətrafında Lənkəran Şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü və 2014-cü illər ərzində 37 nəfər Lənkəran rayon sakininin etimadlarını qazanaraq onlardan ümumilikdə 197.904 manat alması da müəyyən edilib.
Hacı Zeynalov